RU

Nəhəng banklar gümüşlə bağlı xəbərdarlıq etdi

Nəhəng banklar gümüşlə bağlı xəbərdarlıq etdi

UBS, HSBC və Macquarie gümüş bazarında yüksək dəyişkənlik və həddindən artıq dəyər qazanma riskinə qarşı investorlara xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, ABŞ ilə İran arasındakı hadisələrin təsiri ilə dollar son iki həftənin ən aşağı səviyyələrinə gerilədiyi halda gümüş qiymətlərində sabit dinamika davam edir.

Hazırda gümüşün unsiyasının qiyməti 76 dollardan aşağı, qramı isə təxminən 2.4 dollardan təklif olunur.

Digər tərəfdən, 2025-ci ildə təxminən 140 faiz dəyər qazanan gümüş investorların diqqətini cəlb etsə də, nəhəng banklar mövcud qiymət səviyyələrinin davamlılığı mövzusunda ehtiyatlı olmağın vacibliyini vurğulayırlar.

UBS qeyd edir ki, yüksək qiymətlər xüsusilə texnologiya və günəş enerjisi sektorlarında xərc təzyiqini artıraraq sənaye tələbatını zəiflədə bilər.

HSBC isə gümüşün yüksəliş potensialının məhdud qaldığını ifadə edir.

Bankın analitiklərinə görə, qızıl qiymətləri bahalaşmağa davam etsə belə, gümüş eyni performansı göstərməyə bilər.

Macquarie ekspertləri isə ABŞ Mərkəzi Bankının (FED) daha sərt pul-kredit siyasətinə yönələ biləcəyini, bunun da qiymətli metallar üzərində təzyiq yaradacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, ilin ilk həftələrində tarixi zirvəsini görən gümüş yanvar ayının sonlarında yaşanan kəskin satışlarla təxminən 30 faiz dəyər itirmişdi.

Избранный
28
afn.az

1Источники