RU

Amerikalı professor: Ukrayna itirilmiş ərazilərini geri qaytara bilməyəcək

Çikaqo Universitetinin professoru Con Mirşaymer "YouTube" platformasında yayımlanan “Deep Dive” verilişində Ukraynanın münaqişə nəticəsində itirdiyi əraziləri geri qaytarma ehtimalının olmadığını bildirib.

HİT.az xəbər verir ki, Mirşaymerin sözlərinə görə, Ukrayna Krım, Donetsk və Luqansk bölgələri, həmçinin Zaporojye və Xerson vilayətləri üzərində nəzarəti daimi olaraq itirib.

O hesab edir ki, münaqişənin uzanması Ukrayna üçün faydasızdır və ölkə mümkün qədər tez sülh danışıqlarına getməlidir. Professorun fikrincə, Qərb Ukraynanı danışıqlar masasına oturtmalı və Rusiya ərazisinə yönələn hücumların dayandırılmasına təşviq etməlidir. O, münaqişənin davam etməsinin daha böyük fəlakətlərə yol aça biləcəyini də vurğulayıb.

Samir
 

Избранный
40
hit.az

1Источники