RU

Güclü külək Gəncədə də fəsadlar yaradıb FOTO

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ölkədə hökm sürən qeyri-sabit hava şəraiti Gəncədə də fəsadlar törədib.Bizim.Media-nın yerli bürosunun məlumatına görə leysan yağışla müşahidə olunan güclü külək nəticəsində şəhərin müxtəlif ərazilərində bir neçə iri gövdəli ağaclar qırılıb.Gəncə şəhər İcra hakimiyyəti MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən küləyin törətdiyi fəsadlar aradan qaldırılır.Birlikdən bildirilib ki, səhər saatlarından başlayan işlərə MKTİB-nin texnikası və canlı qüvvəsi cəlb edilərək qırılan ağac budaqları hadisə yerindən yığışdırılıb.Aşma ehtimalı olan ağaclar zərərsizləşdirilib, təhlükə yaradan budaqlar kəsilib.Hal-hazırda MKTİB-nin canlı qüvvə və texnikası təhlükə yaradan ağacların budanma işlərini davam etdirirlər.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
bizim.media

2Источники