RU

“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

Türkiyə mətbəxinin tanınmış pide konseptlərindən biri olan “Pidem” Azərbaycanda filial şəbəkəsini genişləndirir.

Marja xəbər verir ki, brendin yeni restoranı tezliklə Abşeron Ticarət Mərkəzində müştərilərin xidmətinə veriləcək.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yeni restoran Saffron Restaurant Group tərəfindən açılır. Paylaşılan məlumata əsasən, “Pidem” Abşeron Ticarət Mərkəzində yaxın zamanda fəaliyyətə başlayacaq.

“Pidem” konsepti keyfiyyətli, doyumlu, tez hazırlanan və sərfəli məhsulları ilə seçilir. Brendin menyusunda əsasən Türkiyə mətbəxinin sevilən pide çeşidləri təqdim olunur.

Qeyd edək ki, hazırda “Pidem” Bakıda 28 Mall, Gənclik Mall və Dəniz Mallda fəaliyyət göstərir. Abşeron Ticarət Mərkəzində açılacaq yeni restoran brendin Azərbaycandakı filial şəbəkəsini daha da genişləndirəcək.

Yeni məkanın açılması ticarət mərkəzinin qida və iaşə zonasında seçim imkanlarını artıracaq. Həmçinin Türkiyə mətbəxinə marağı olan ziyarətçilər üçün daha bir alternativ yaradılacaq.

Restoran Abşeron Ticarət Mərkəzində yerləşəcək (Ünvan: Lökbatan qəsəbəsi, Xocəsən yolu, 57)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
marja.az

2Источники