RU

Zədəsinə görə mundialı buraxacaq

style='margin-bottom:10px;'>

"Bolonya"nın və İsveç yığmasının müdafiəçisi Emil Holm zədə səbəbindən 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək.

QOL.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyası məlumat yayıb. Əzələsindən xəsarət alan futbolçunun bərpası üçün bir neçə həftə lazım olacaq. İsveç millisinin iştirak ərizəsində onu "Dallas"ın oyunçusu Herman Yuhansson əvəzləyəcək.

Məlumata görə, fevral ayından icarə əsasında "Yuventus"da çıxış edən Emil Holm geridə qalan klub mövsümündə 27 matça çıxaraq 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onu əvəzləyən Yuhansson isə MLS-in cari mövsümündə 14 oyunda 2 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, 2026-cı il Dünya Çempionatında İsveç millisi F qrupunda Niderland, Yaponiya və Tunis yığmaları ilə mübarizə aparacaq.

Избранный
29
teleqraf.com

1Источники