"Ölkə Az" xəbər verir ki, iş adamı, xeyirxah Həsən Hümbət oğlu Heydərov dünən axşam saatlarında qəfil dünyasını dəyişib.
Qeyd edək ki, Əslən Qubadlı rayonunun Teymur Müskənli kəndindən olan Həsən Hümbət oğlu Heydərovun vəfat xəbəri yaxınları və onu tanıyanlar tərəfindən dərin üzüntü ilə qarşılanıb.
Mərhum uzun illər biznes fəaliyyəti ilə məşğul olub. Onu tanıyanlar Həsən Heydərovu sadəliyi, insanlarla səmimi münasibəti və ehtiyacı olan şəxslərə göstərdiyi dəstək ilə xatırlayırlar.
Sosial şəbəkələrdə paylaşım edən şəxslər mərhumun ailəsinə və yaxınlarına başsağlığı verərək, onun haqqında xoş xatirələrini bölüşürlər.
Mərhum Həsən Heydərovun 3 və 7 mərasimi 4 iyun Sumqayıtda yerləşən “Qayalı“ mərasim evində olacaq.
Allah rəhmət eləsin!
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта