RU

İsrail dronu Livan hərbçilərini vurdu: Yaralılar var

BAKI, 31 may. TELEQRAF

Livanın cənubundakı Nəbatiyyə vilayətində İsrailə məxsus pilotsuz uçuş aparatının hərbi avtomobilə zərbə endirməsi nəticəsində iki livanlı hərbçi yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Bəyanatda bildirilir ki, zabit və əsgərdən ibarət iki hərbçi Əbba bölgəsində hərəkətdə olduqları zaman onların cipinə düşmən dronu tərəfindən hücum edilib. Ağır yaralanan hərbçilər dərhal xəstəxanaya çatdırılıb.

Qeyd olunub ki, daha əvvəl İsrail ordusu ilə "Hizbullah" hərəkatı arasında gedən intensiv döyüşlər səbəbindən Livan hərbçiləri Dibbin, İbl əs-Səki və Əl-Xiyam yaşayış məntəqələrindəki mövqelərini tərk etmişdilər.

Избранный
37
teleqraf.com

1Источники