RU

ABŞ Yaxın Şərqdəki bazalardan qoşunları çıxarır?

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

“ABŞ-nin Yaxın Şərqdəki bəzi hərbi bazalarından qoşunların çıxarıla biləcəyi istisna edilmir”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset bildirib.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı ABŞ Prezidenti Donald Trump verəcək və qərar gələcək strategiyadan asılı olacaq.

Heqset qeyd edib ki, hazırda ABŞ hərbçiləri bölgədəki mövqelərini qoruyur və ehtiyac yaranarsa, əməliyyatlara yenidən qoşulmağa hazırdırlar.

Nazir həmçinin bildirib ki, İranın ABŞ ilə aparılan danışıqlar nəticəsində nüvə proqramı ilə bağlı planlarından geri çəkiləcəyinə inanır.

O, mümkün razılaşmanın ABŞ-nin maraqlarına uyğun olacağını əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
2
redaktor.az

3Источники