RU

Kiçik Donald Tramp evləndi, ata Tramp toyda iştirak etməyib

Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Trampın oğlu, kiçik Donald Tramp sevgilisi Betina Andersonla Bahamda özəl adada evlənib.

Hafta.az xəbər verir ki, o, bununla bağlı öz "Instagram" hesabında paylaşım edib və adadan görüntülər dərc edib.

"Bettina, sən mənim həyatıma dinclik, sevinc və işıq gətirdin. Sənin yanında, bacı-qardaşlarımızın, sənin ananın, Donni və Kayın əhatəsində dayanarkən, mən özümü heç vaxt bu qədər minnətdar və bu qədər inamlı hiss etməmişəm. Mənim həyat yoldaşım. Mənim ürəyim. Mənim əbədi sevgim", - deyə kiçik Donald Tramp yazıb.

Həmçinin Betina Anderson da öz "Instagram" hesabında təəssüratlarını və mərasimdən görüntüləri paylaşıb.

Anderson mərasimdən paylaşdığı şam fotolarının üzərində yazılmış "Sevgi hər şeyə qalib gəlir", "Bütün ömrünün şənliyindən əvvəlki sakitlik" sözləri də diqqət çəkib.

Xarici KİV qonaq siyahısında cəmi 50 nəfərin olduğunu yazır. Lakin Prezident Donald Tramp mərasimdə iştirak etməyib. O, Vaşinqtondakı dövlət işlərini əsas gətirərək, yeni evlənənləri uzaqdan təbrik edib.

Избранный
25
hafta.az

1Источники