RU

Goranboyda çörək daşıyan yük avtomobili yandı FOTO

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Goranboyda yanğın hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 1960-cı il təvəllüdlü Ş. Hüseynovun idarə etdiyi “Ford Transit” markalı yük avtomobili hərəkətdə olarkən qəfil yanmağa başlayıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb, avtomobilin qalan hissəsi alovdan mühafizə edilib.

Yanğın nəticəsində yük avtomobilinin yük yerində olan çörəklər yanaraq yararsız hala düşüb. Məlumata görə, avtomobil çörək daşımaq üçün istifadə olunurdu.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
3
unikal.az

4Источники