Vasitəçilər “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayreni “İnter”ə təklif ediblər.
Publika.az xəbər verir ki, “La Gazzetta dello Sport”un məlumatına görə, 33 yaşlı ingilisin klubla 2027-ci ilə qədər müqaviləsi var və amma o, bu yay komandadan ayrıla bilər.
"İnter” Maquayreni müdafiəni gücləndirmək üçün prioritet hesab etmir. Klub əsasən daha perspektivli oyunçu hesab edilən və komandanın uzunmüddətli inkişaf strategiyasına uyğun gələn “Udineze”dən Ömər Sole ilə danışıqlara diqqət yetirir. 26 yaşlı fransız oyunçu, təcrübəli müdafiəçilər Françesko Aserbi və Stefan de Vricin komandadan ayrılma ehtimalı fonunda “İnter”in marağına səbəb olub.