ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Ankarada yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılaraq həyatını itirən Türkan Biçerin ölümündən əvvəlki son görüntüləri üzə çıxıb. Təhlükəsizlik kameralarına düşən kadrlarda gənc qadınla nişanlısı arasındakı mübahisə və hadisədən sonrakı anlar əks olunub.Demokrat.az xəbər verir ki, hadisə martın 25-də paytaxtın Yenimahalle rayonunda baş verib.Məlumata görə, 30 yaşlı Türkan Biçer nişanlısı F.Ö. ilə yaşadığı evin balkonundan çılpaq vəziyyətdə düşərək vəfat edib. Hadisədən sonra nəzarətə alınan 46 yaşlı nişanlı barəsində həbs qətimkan tədbiri seçilib. Mərhumun ailəsi hadisənin bədbəxt hadisə deyil, qəsdən adam öldürmə olduğunu iddia edir.Yayılan görüntülərdə cütlük arasında yaşanan gərginlik, evdəki hərəkətlilik və Türkanın yıxılmasından dərhal sonra F.Ö.-nün əlində mələfə ilə onun yanına qaçdığı anlar görünür. Biçerin cənazəsi ekspertiza üçün Ədliyyə Tibb Qurumuna aparılıb. Hazırda faktla bağlı istintaq davam edir və prokurorluq şübhəlinin "Qəsdən adam öldürmə" maddəsi ilə mühakimə olunmasını tələb edir.İsmayıl
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.