İyunun 1-də gözlənilən hava şəraiti məlum olub.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Paytaxtda havanın temperaturu gecə 15-18°, gündüz 22-27° isti təşkil edəcək.
Rayonlarda da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu bölgələrdə gecə 11-16°, gündüz 23-28° isti olacaq. Dağlıq ərazilərdə isə temperaturun gündüz 23-26°-yədək yüksələcəyi gözlənilir.
Demokrat.az