Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu il həcc ziyarətinə getmiş Azərbaycanlı zəvvarların ilk qrupu Bakıya yola düşüb.
Bu barədə Oxu.Az-a qrupun rəhbəri Səid İsrafilov məlumat verib.
Qrup rəhbərinin sözlərinə görə, zəvvarlar həcc əməllərini yerinə yetirdikdən sonra Vətənə qayıdırlar:
"Həcc əməllərini başa çatdırdıqdan sonra zəvvarlar ötən gecə vida təvafını yerinə yetiriblər. Onlar avtobuslarla Ciddə Beynəlxalq Hava Limanına gətiriliblər. Yerli vaxtla saat 11:50-də (Bakı vaxtı ilə 12:50) zəvvarları daşıyan təyyarə Bakıya istiqamət alıb. Təyyarənin axşam saatlarında paytaxta enməsi gözlənilir".
Xatırladaq ki, bu il həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün kvota 1 150 yer təşkil edib, bir nəfər zəvvar üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən olunub.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.