RU

Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb.

"VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncu idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza zamanı 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar Orxan Babayev (1994-cü il təvəllüd), Röyal Hacıyev (2004-cü il təvəllüd), Ayxan Hətəmov (2007ci il təvəllüd), Mirşahin Nəcəfli (2007-ci il təvəllüd), Efras Paşayev (1979-cu il təvəllüd), Rabella Həmidova (1990-cı il təvəllüd), Ömər Həmidzadə (2018-ci il təvəllüd), Səkurə Həmidova (1964 -cü il təvəllüd), Həmid Həmidov (1963-cü il təvəllüd) və Kamandar Həmidovdur (1988-ci il təvəllüd).

Xəsarət alanlar Bərdə Müalicə-Diaqnostika Mərkəzinə çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Избранный
41
10
apa.az

10Источники