RU

SEPAH: Son 24 saatda Hörmüz boğazından 28 gəmi keçib

BAKI, 31 may. TELEQRAF

Son 24 saat ərzində Hörmüz boğazından neft tankerləri, konteynerdaşıyanlar və digər kommersiya gəmiləri də daxil olmaqla ümumilikdə 28 gəmi keçib.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, sözügedən gəmilərin boğazdan keçişi SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizlik təminatı altında reallaşıb.

Məlumatda həmçinin qeyd olunub ki, Hörmüz boğazı üzərində intellektual nəzarət qətiyyətlə və fasiləsiz şəkildə davam etdirilir.

Избранный
46
teleqraf.com

1Источники