RU

ABŞ liderindən UFC ilə bağlı müəmmalı addım

ABŞ Prezidenti Donald Tramp Ağ Evin ərazisində keçiriləcək UFC turnirinin fəal şəkildə tanıdılmasına başlamazdan qısa müddət əvvəl UFC və WWE-nin sahibi olan “TKO Group Holdings” şirkətinin səhmlərini alıb.

Publika.az xəbər verir ki, bu barədə “HuffPost” nəşri Trampın maliyyə bəyannaməsinə istinadən məlumat yayıb.

Dərc olunmuş sənədlərə əsasən, Tramp martın 25-də “TKO Group Holdings” şirkətinin 15 min dollardan 50 min dollara qədər dəyərdə səhmlərini satın alıb. Bundan sonra o, iyunun 14-də Ağ Evin ərazisində keçiriləcək və ABŞ-ın müstəqilliyinin 250 illiyinə həsr olunacaq “UFC Freedom 250” turnirinin fəal reklamına başlayıb.

Избранный
77
publika.az

1Источники