Demokrat.az xəbər verir ki, "Bloomberg" agentliyi artıq tərəflərin razılığa yaxın olduğunu açıqlayıb.
Məlumata görə, "Yum! Brands" hazırda "LongRange Capital" investisiya şirkəti ilə eksklüziv danışıqlar aparır. Satış prosesində "Sycamore Partners" kimi güclü rəqiblərin olduğu bildirilsə də, üstünlük "LongRange Capital"dadır. Hazırda tərəflər arasında danışıqlar davam edir və sövdələşmənin yaxın həftələrdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, "KFC" və "Taco Bell" kimi nəhəng markaların da sahibi olan "Yum! Brands" bu addımı radikal yenidənqurma planı çərçivəsində atır. Belə ki, "Pizza Hut"ın şirkətin ümumi gəlirindəki payı son illər kəskin şəkildə azalıb. Əgər 2019-cu ildə bu göstərici 18 faizdən çox idisə, 2025-ci ildə cəmi 12 faiz təşkil edib.
Şəbəkənin illik gəliri 1 milyard dollar civarında sabit qalsa da, ana şirkətin ümumi gəlirləri ötən il 47 faiz artaraq 8,2 milyard dollara çatıb. Bazar dəyəri təxminən 41 milyard dollar olan "Yum! Brands"ın səhmləri ilin əvvəlindən bəri 2,2 faiz ucuzlaşıb.
İsmayıl
Demokrat.az