RU

Baş ağrısını dərmansız kəsməyin üsulları

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dünyada stress, gərginlik və ya yuxusuzluq səbəbindən yaranan baş ağrıları ən çox rast gəlinən şikayətlər sırasındadır. Belə hallarda hər zaman dərmanlara müraciət etmək yeganə çıxış yolu deyil.

Demokrat.az xəbər verir ki, aromaterapevt İrina Dobryanskaya "Moslenta"ya müsahibəsində efir yağlarının baş ağrısı ilə mübarizədəki effektindən danışıb.

Mütəxəssis bildirib ki, efir yağları qoxu vasitəsilə beyinə təsir edərək stressi və əzələ spazmlarını aradan qaldırır. Xüsusilə nanə yağı bu sahədə liderdir. O, sərinlik hissi yaradaraq beyni ağrı siqnallarından yayındırır. Stress və yuxusuzluqdan yaranan miqren zamanı isə lavanda yağı ideal vasitə hesab olunur. Çünki o, sinir sisteminin aktivliyini azaldır.

Həkimin sözlərinə görə, çobanyastığı yağı əsəbiliyi və boyun nahiyəsindəki gərginliyi götürür, rozmarin isə zehni yorğunluq zamanı damarları tonuslandırır. Boyundakı döyünən ağrılar üçün limon yağı iltihab əleyhinə təsiri ilə köməyə çatır.

Lakin bəzi təhlükəsizlik qaydalarını unutmaq olmaz. Yalnız tam təbii yağlardan istifadə edilməlidir. Nanə və rozmarin yağları hamilə qadınlara və altı yaşınadək uşaqlara qadağandır. Həmçinin dozanı aşmaq olmaz, çünki yağın həddindən çox istifadəsi ürəkbulanmaya və ya ağrının daha da şiddətlənməsinə səbəb ola bilər.

İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
42
1
demokrat.az

2Источники