RU

Hər evdə olan bu vasitə paltaryuyanın ömrünü uzadır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Paltaryuyan maşınların qulluğu və paltarların yumşaq qalması üçün istifadə etdiyimiz kimyəvi yumşaldıcılar, əslində, zamanla maşına ciddi ziyan vurur. Təmizlik ekspertləri əhəngi dərhal parçalayan, paltarları pambıq kimi edən və drenaj borularını təmizləyən sirli üsulu paylaşıblar.Demokrat.az məişətdə inqilab edəcək həmin təmizlik sirrini təqdim edir.Kimyəvi məhsullar maşını "boğur" Daha təmiz və ətirli olması üçün paltaryuyan maşına həddindən artıq yuyucu toz və yumşaldıcı əlavə etmək böyük səhvdir. Bu kimyəvi maddələr zamanla maşının barabanında, borularında və yuyucu toz gözünün arxasında yapışqan bir təbəqə yaradır. Bu təbəqə həm pis qoxulara, həm də mexaniki hissələrin əhənglənməsinə səbəb olur.Maşının ömrünü uzadan və paltarları təzə kimi edən həmin sehrli vasitə ağ sirkədir (istəyə görə alma sirkəsi də ola bilər).Bu üsul necə tətbiq olunur?Paltarları maşına yığın və adi yuyucu tozunuzu əlavə edin.Maşının yumşaldıcı bölməsinə kimyəvi vasitə əvəzinə yarım stəkan ağ sirkə tökün.Əgər maşının daxilindən gələn pis qoxu çox kəskindirsa, birbaşa barabanın içinə yarım stəkan sirkə və bir xörək qaşığı qida sodası əlavə edib maşını işə salın.Qeyd edək ki, yuyulma və yaxalanma zamanı sirkə qoxusu tamamilə yox olur, yerində isə sadəcə təravət qalır. Sirkə kran suyunun tərkibindəki yüksək əhəngi parçalayaraq paltarların quruduqdan sonra sərtləşməsinin qarşısını alır.Həftədə bir dəfə bu üsulu tətbiq etməklə paltaryuyan maşınınızın ömrünü iki qat artıra bilərsiniz.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
demokrat.az

2Источники