RU

Radiator barmaqlığında 161 km yol gedən pişik balası sağ qaldı

ABŞ-nin Pensilvaniya ştatında radiator barmaqlığında gizlənərək 161 kilometr yol qət edən pişik balası xilas edilib. Hadisə sərnişinlərin və avtomobil sahibinin böyük təəccübünə səbəb olub.

Demokrat.az "CBS News"a istinadən xəbər verir ki, pişik balasının Brizvud qəsəbəsində maşının içərisinə girdiyi ehtimal olunur.

Məlumata görə, avtomobil sahibi yemək yemək üçün qəsəbədə dayanıb. Həmin vaxt yoldan keçənlər ona maşının altına pişik girdiyini deyiblər. Sürücü hər tərəfi yoxlasa da, heç kimi tapmayıb və heyvanın qaçdığını düşünüb.

Yalnız iki saatlıq yoldan sonra evə çatan sürücü növbəti gün maşından pişik səsi eşidib. Radiator barmaqlığının içində gizlənən balaca pişik uzun və təhlükəli yola baxmayaraq sağ qalmağı bacarıb.

Pişik balasına tapıldığı qəsəbənin şərəfinə "Brizi" adı verilib. Hazırda ona avtomobil sahibinin qonşusu tərəfindən qulluq edilir.

Qeyd edək ki, bu, ABŞ-da baş verən ilk belə möcüzəvi xilas hadisəsi deyil. Bir müddət əvvəl Lonq-Aylend adasında qatarın vurduğu bir pişik də ağır xəsarətlər almasına
baxmayaraq sağ qalmışdı.

İsmayıl
Demokrat.az
Избранный
2
1
demokrat.az

2Источники