RU

Overçuk İrəvanı HƏDƏLƏDİ : "Heç vaxt başqa qazınız olmayacaq!"

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Rusiya qazından başqa “heç vaxt” digər qazının olmayacağını və bazar qiymətlərinə keçidin tədarük sahəsində vəziyyəti çətinləşdirə biləcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, rusiyalı rəsmi qaz bazarındakı vəziyyətə yaxşı bələd olduqlarını vurğulayıb.

“Biz qaz bazarındakı vəziyyəti çox yaxşı bilirik. Orada Rusiya qazından başqa heç vaxt digər qaz olmayacaq. Bütün məsələ yalnız Ermənistanın Rusiya qazını haradan alacağı və hansı vasitəçiyə pul ödəyəcəyi ilə bağlıdır”, - deyə Overçuk bildirib.

Onun sözlərinə görə, Rusiya qazından imtina ediləcəyi təqdirdə Ermənistandakı vəziyyət “çox mürəkkəb” olacaq ki, Moskva da bunu istəmir.

Rusiya baş nazirinin müavini Avropanın hələ də Rusiya qazını almağa davam etdiyini diqqətə çatdırıb.

“Ona görə də onların sadəcə xəritəyə baxması kifayətdir. Hətta hazırda orada hansı boru kəmərlərinin fəaliyyət göstərdiyinə nəzər salsalar, Rusiya qazını kimdən alacaqlarını dərhal görəcəklər. Təbii ki, bu, artıq 30%-lik ixrac rüsumu, qiymətin bazar qiyməti olacağı və vasitəçilərin də öz gəlir payını almaq istəyəcəkləri nəzərə alınmaqla baş verəcək”, - deyə Overçuk vurğulayıb.

Musavat.com

Избранный
71
4
musavat.com

10Источники