RU

Xərçəngi yox edən iynə tapıldı

Xərçənglə mübarizədə tibb dünyasını həyəcanlandıran yeni bir inkişaf yaşanıb. 11 ölkədə həyata keçirilən beynəlxalq klinik sınaqlar zamanı tətbiq edilən yeni iynə müalicəsi, ən ağır və müqavimətli şişləri belə tamamilə yox etməyi bacarıb. Mütəxəssislər əldə olunan nəticələri "görünməmiş uğur" kimi qiymətləndirirlər.

Demokrat.az inqilabi müalicə üsulu ilə bağlı mühüm detalları təqdim edir.

Üçqat təsir mexanizmi ABŞ-ın "Johnson & Johnson" şirkəti tərəfindən hazırlanan "Amivantamab" adlı dərman xərçəng hüceyrələrinə üç fərqli istiqamətdən hücum edir:

Şişin böyüməsinə səbəb olan EGFR zülalını bloklayır.

Xərçəng hüceyrələrinin müalicədən qaçmaq üçün istifadə etdiyi MET siqnal yolunu kəsir.

İmmunitet sistemini aktivləşdirərək orqanizmin şişlə mübarizəsini təmin edir.

Sınaqların nəticələri: 15 xəstədə şiş yox olub

Baş və boyun xərçəngindən əziyyət çəkən 102 xəstə üzərində aparılan araşdırmada 43 nəfərdə şişlərin kiçildiyi, 15 nəfərdə isə tamamilə yox olduğu müşahidə edilib. London Xərçəng Araşdırmaları İnstitutunun professoru Kevin Harrinqton bildirib ki, həm kimyaterapiyaya, həm də immunoterapiyaya qarşı müqavimət göstərən xəstələrdə bu cür nəticənin alınması fövqəladə hadisədir.

Xəstələrin həyatı dəyişir

Müalicənin ən böyük üstünlüklərindən biri də tətbiq formasıdır. Dərman venadaxili deyil, sadəcə dəri altına iynə şəklində vurulur. Sınaqlarda iştirak edən 56 yaşlı Karl Uolş kimyaterapiyanın ağır yan təsirlərindən qurtulduğunu və normal həyatına döndüyünü bildirib. "Müalicədən sonra şişkinlik azaldı, ağrılarım keçdi və yenidən rahat danışıb-yeməyə başladım", - deyə o qeyd edib.

Ketogenik pəhriz beyni qoruyur?

Xərçənglə bağlı bu uğurlu xəbərlərlə yanaşı, yeni bir araşdırma ketogenik (keto) pəhrizin beyin sağlamlığına müsbət təsirlərini üzə çıxarıb. Portuqaliyanın Koimbra Universitetinin alimləri müəyyən ediblər ki, karbonhidratın azaldıldığı bu bəslənmə tərzi Alzheimer, Parkinson və Huntington kimi xəstəliklərə qarşı qoruyucu ola bilər. Lakin mütəxəssislər bu pəhrizin uzunmüddətli təsirləri barədə daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.

İsmayıl
Demokrat.az
Избранный
27
1
demokrat.az

2Источники