RU

Atasının milyarder olduğunu siyahıya baxanda öyrəndi

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milyarder Uorren Baffetin oğlu Piter Baffet ailəsinin nəhəng sərvəti barədə məlumatı illər sonra təsadüfən Amerikanın ən varlı şəxslərinin siyahısından öyrənib. Hazırda 95 yaşı olan və təxminən 142 milyard dollar sərvətə sahib investorun övladı bu faktla yalnız 20 yaşlarında qarşılaşıb.Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, Piter Baffet atasının adını milyarderlər siyahısında görənə qədər ailəsinin hədsiz zənginliyindən xəbərsiz olub.Onun sözlərinə görə, ailəsi heç vaxt dəbdəbəli həyat sürmədiyi üçün bu məlumat onun həyata baxışını dəyişməyib. Piter Baffet o anı belə xatırlayır: "Zarafat etmirəm. Atam siyahıya düşəndə artıq 20 yaşlarımda idim və bu barədə anamla danışdım. Biz sadəcə güldük. Kim olduğumuzu bilirdik, amma artıq hamının bizə fərqli yanaşmağa başlaması maraqlı idi".Uorren Baffet də oğlunun sözlərini təsdiqləyərək bildirib ki, övladları sərvətin miqyasını biləndə artıq öz xarakterlərini formalaşdırmışdılar. Onların dostları Baffeti zənginliyinə görə deyil, şəxsiyyətinə görə sevirdilər.Qeyd edək ki, dünyanın ən zəngin 12-ci şəxsi olan Baffet hələ də 1958-ci ildə aldığı modest evdə yaşayır və sadə həyat tərzi ilə tanınır. O, sərvətini nümayiş etdirmək əvəzinə xeyriyyəçilik məqsədilə istifadə etməyə üstünlük verir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
demokrat.az

2Источники