Demokrat.az xəbər verir ki, hadisə Marneuli rayonunda baş verib.
Belə ki, dahi şairin Nəriman Nərimanov və Nizami Gəncəvi küçələrinin kəsişməsində yerləşən büstünə qarşı naməlum şəxslər tərəfindən təhqiredici hərəkətlər edilib.
Hadisəni əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub.
Qeyd edək ki, Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından biri olmaqla yanaşı, dünya poeziyasının da böyük nümayəndələri sırasında yer alır. Onun zəngin irsi müxtəlif ölkələrdə ehtiramla yad edilir, xatirəsinin əbədiləşdirilməsi məqsədilə bir sıra şəhərlərdə abidələri ucaldılıb. (savashmedia.az)
Demokrat.az