RU

Daha bir övladı Pittin soyadından imtina etdi

Hollivud ulduzları Ancelina Coli və Bred Pittin oğlu Meddoks atasından tamamilə uzaqlaşmaq qərarına gəlib.

23 yaşlı Meddoks Coli-Pitt rəsmi olaraq adını dəyişmək üçün sənədlər təqdim edib və “Pitt” soyadından imtina etmək niyyətindədir.

Bundan sonra gənc özünü Meddoks Çivan Coli kimi təqdim etmək istəyir. Maraqlıdır ki, o, artıq bir müddətdir peşəkar fəaliyyətində də atasının soyadından istifadə etmir. Ancelina Colinin rejissoru olduğu “Couture” filmində assistent rejissor kimi çalışan Meddoks filmin titrlərində “Meddoks Coli” adı ilə göstərilib.

Qeyd edək ki, Meddoks ailədə atasının soyadından imtina edən yeganə övlad deyil. Daha əvvəl Şaylo rəsmi şəkildə soyadını dəyişib, Zahara gündəlik həyatda “Pitt” soyadını istifadə etməyi dayandırıb, Vivyen isə iştirak etdiyi “Brodvey” tamaşasının proqramından atasının soyadını çıxarıb.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli arasında münasibətlər 2016-cı ildəki qalmaqallı boşanmadan sonra daha da gərginləşib. Keçmiş cütlüyün məhkəmə çəkişmələri təxminən səkkiz il davam edib və bu müddət ərzində çoxsaylı qalmaqallarla müşayiət olunub. (Axşam.az)

Избранный
15
4
musavat.com

6Источники