RU

Lukaşenkodan Ermənistana XƏBƏRDARLIQ: "Ukrayna ssenarisini təkrarlamayın"

Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, erməni xalqı Rusiya ilə Avropa arasında edə biləcəyi mümkün seçimi tam təfərrüatı ilə və dərindən ölçüb-biçməlidir.

Xəbər verilir ki, Belarus lideri rəsmi İrəvanı qərar qəbul edərkən tələsməməyə çağırıb.

Jurnalist Pavel Zarubinə müsahibə verən Lukaşenko mövzu ilə bağlı fikirlərini bu cür ifadə edib: “Belə bir addımı atmazdan əvvəl erməni xalqı çox ciddi düşünməlidir. Xalq öz rəyini bildirəcək və biz də onunla razılaşacağıq”.

Belarus dövlət başçısının sözlərinə görə, Ermənistana səfər edən avropalı siyasətçilər bu ölkəyə heç bir konkret həll yolu təklif etməyiblər, onların fəaliyyəti əsasən Rusiya və Belarusu tənqid etməkdən ibarət olub.


Избранный
39
7
azia.az

10Источники