"Barselona"nın heyətində icarə əsasında çıxış edən Markus Reşfordun İspaniyada qalmaq istəyi rəhbərliyin maliyyə planları ilə ziddiyyət təşkil edir.
Fanat.Az "MailSport" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli hücumçunun tam transfer hüquqlarını almaq üçün maksimum 15 milyon avro ödəməyə hazırdır.
Bu məbləğ oyunçunun müqaviləsinə sahib olan "Mançester Yunayted"lə daha əvvəl razılaşdırılmış 30 milyon avroluq satınalma opsiyasının tam yarısını təşkil edir.
"Qırmızı şeytanlar"ın tələb etdikləri məbləği aşağı salmaqdan qəti şəkildə imtina etməsi isə hazırda bu transfer danışıqlarını tamamilə çıxılmaza salıb.