RU

Qurban Qurbanov xaricdən gələn təklifləri rədd etdi

ain.az, Bizim media portalına istinadən məlumat verir.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov son vaxtlar barəsində yayılan müxtəlif şayiələrə son qoyub. Adı Türkiyənin "Beşiktaş" klubu, eləcə də Rusiya və Avropanın bir neçə digər komandası ilə yanaşı çəkilən mütəxəssis karyerası ilə bağlı növbəti mühüm qərarını verib.Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisi yayıb. Bildirilib ki, təcrübəli çalışdırıcı növbəti üç ili də "Qarabağ"da keçirəcək.2008-ci ildən bəri "köhlən atlar"a rəhbərlik edən Qurbanov klubla 2029-cu ilə qədər qüvvədə olacaq yeni müqavilə imzalayıb.Yeni razılaşmaya əsasən, "Qarabağ" rəhbərliyi baş məşqçinin əməkhaqqını da artırıb.Xatırladaq ki, ötən illər ərzində Azərbaycanın ən uğurlu məşqçisi "Qarabağ"a saysız-hesabsız uğurlar qazandırıb. Onun rəhbərliyi altında komanda 13 dəfə ölkə çempionu olub və 6 dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
34
2
bizim.media

3Источники