RU

“Azərbaycan-ABŞ İqtisadi Dialoqu Strateji Tərəfdaşlıq Xartiyasının real icrasıdır”

Məlum olduğu kimi, Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

Maraqlıdır, belə bir dialoqun keçirilməsi iki dövlət arasındakı iqtisadi əlaqələrin genişlənməsinə nə vəd edir?

Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bu tədbirin mühüm əhəmiyyətə malik olduğunu bildirib:

“Bakı Enerji Həftəsi dünyanın aparıcı ölkələrinin həm hökumət, həm beyin mərkəzləri, həm də şirkətlər nümayəndələrini bir araya gətirəcək. Bu, regionun ən böyük tədbirlərindən biridir. ABŞ-la Azərbaycan arasında iqtisadi dialoqun  keçirilməsi də bu konteksdə qiymətləndirilməlidir.

Nəticə etibarilə, bu, ilk belə dialoqdur. Bu tədbir iki dövlət arasında iqtisadi münasibətlərin inkişafı və iki dövlət arasında bağlanmış Strateji Tərəfdaşlıq Xartiyasının real olaraq icrasından xəbər verir.

ABŞ-la Azərbaycan arasıdna strateji tərəfdaşlıq formalaşmaqdadır. Xüsusilə də, regional və qlobal məsələlərdə ölkələrin mövqelərinin yaxınlaşması müşahidə edilir. ABŞ Cənubi Qafqazda sülh gündəliyinə töhfə verən ölkələrdəndir. Azərbaycan da sülh gündəliyinə sadiq olaraq ölkəmiz üzərindən Ermənistana daşınan bütün yüklərlə bağlı məhudiyyətləri aradan qaldırıb. Ermənistana yanacaq məhsualları ixrac olunur və s. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan ABŞ-ın regionla bağlı strategiyasına dəstək olur. Eyni zamanda, iqtisadi baxımdan iki dövlət arasında iqtisadi münasibətlərin inkişafı Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaradacaq. Çünki nəticədə ABŞ-dan texnologiya və innovasiyasının transferi həyata keçiriləcək. Bu isə xüsusilə qeyri-neft sektorunun inkişafı baxımından mühüm bir addımdır.

Bu baxımdan Azərbaycan-ABŞ iqtisadi dialoqu iki dövlət arasıdna münasibətlərin daha da dərinləşməsinə və Azərbaycan iqtisadiuyyatına texnologiya və inovasiyanın transferinin sürətlənməsinə gətirib çıxaracaq”.

Seymur ƏLİYEV

Избранный
36
1
moderator.az

2Источники