Yaponiya millisinin voleybolçusu Syuuniciro Sato narkotik maddə saxlama şübhəsi ilə polis tərəfindən həbs olunub.
Publika.az xəbər verir ki, Hadisədən sonra idmançı dərhal milli komandanın heyətindən çıxarılıb. Bu barədə Yaponiya Voleybol Assosiasiyası rəsmi açıqlama yayıb və 2026-cı mövsüm üçün oyunçunun milli komanda qeydiyyatının ləğv edildiyini təsdiqləyib.
Federasiya vəziyyətə ciddi yanaşdıqlarını bildirib və azarkeşlərdən etimadın itirilməsi və Yapon voleybolunun nüfuzuna vurulan zərərə görə üzr istəyib. Hazırda işi polis araşdırır.