RU

İran mediasından sensasion məlumat – Pezeşkian istefa ərizəsi yazdı

İran Prezidenti Məsud Pezeşkianın tutduğu vəzifədən istefa vermək üçün rəsmi müraciət etdiyi iddia olunur.

Musavat.com xəbər verir ki, “Iran International” teleqram kanalının yaydığı məlumata görə, Pezeşkian bununla bağlı İranın ali rəhbərliyinə məktub göndərib.

Məlumatda bildirilir ki, prezident qərar qəbuletmə proseslərində hökumətin rolunun məhdudlaşdırılmasından və bir sıra məsələlərdə səlahiyyətlərini tam həyata keçirə bilməməsindən narazıdır.

Hazırda İranın rəsmi qurumları tərəfindən bu məlumat təsdiqlənməyib və ya təkzib olunmayıb.

 

Musavat.com

Избранный
104
13
musavat.com

10Источники