RU

Kinoloji xidmət iti rütbəli şəxsin cibindən yapışdı VİDEO

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Çilidə narkotik axtarışına öyrədilmiş kinoloji xidmət iti rəsmi mərasimdə gözlənilməz anlara səbəb olub.

"Unikal" xəbər verir ki, Belçika malinuası cinsindən olan it vitse-admiral Arturo Oxleyin formasının cib hissəsindən yapışıb və onun uniformasında cırılma yaranıb.

Çili Hərbi Dəniz Qüvvələri hadisəni itin yaşı, temperamenti və aktivlik səviyyəsi ilə bağlı spontan reaksiya kimi izah edib. Vitse-admiral xəsarət almayıb, xidməti it isə yenidən təlim prosesinə göndərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
74
1
unikal.az

10Источники