RU

Livandakı gərginlik neftin qiymətini yüksəldib

BAKI, 1 iyun. TELEQRAF

İsrailin Livandakı hərbi əməliyyatları genişləndirməsi fonunda dünya bazarında neftin qiyməti 2 faizdən çox artıb.

Teleqraf xəbər verir ki, ABŞ-nin WTI markalı xam neftinin fyuçersləri 2,48 faiz bahalaşaraq bir barel üçün 89,53 dollara, Brent markalı neftin fyuçersləri isə 2,12 faiz yüksələrək 93,05 dollara çatıb.

Qiymət artımına səbəb kimi İsrailin Baş naziri Benyamin Netanyahunun qoşunların Livanda daha da irəliləməsi barədə göstəriş verməsi göstərilir. Bu addım ABŞ və İran arasında mümkün atəşkəs razılaşmasının uzadılacağına dair gözləntiləri zəiflədib.

"Reuters" yazır ki, İsrail-Livan qarşıdurması İran müharibəsinin ən geniş yayılmış istiqamətlərindən biri olaraq qalır. Tərəflər aprelin ortalarında atəşkəsə razılaşsalar da, qarşılıqlı hücumlar davam edir.

Bundan əlavə, Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqlar da bazara təsir göstərir. Analitiklər hesab edirlər ki, boğazın tam fəaliyyətə qayıtması gecikə bilər ki, bu da qlobal enerji təchizatına mənfi təsir göstərə bilər.

Mütəxəssislərin fikrincə, təchizat riskləri hazırda Çindən gələn zəif iqtisadi göstəricilərin bazara təsirini üstələyir

Избранный
122
teleqraf.com

1Источники