RU

Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı

Vərdişlər diabeti bir anda yaratmır, əksinə, qlükoza mübadiləsinin tənzimlənməsini tədricən pozur. Bu isə ilk növbədə 2-ci tip diabetə aiddir.
 
Bu barədə Rusiya Dövlət Maarif Universitetinin Fundamental Tibbi Fənlər Kafedrasının baş müəllimi Aleksandr Kalyujin Lenta.ru-ya müsahibəsində danışıb.
 
Həkimin sözlərinə görə, diabetin formalaşmasının əsas mexanizmi insulinə qarşı müqavimət (insulinrezistentlik) ilə bağlıdır. O bildirib ki, yüksəkkalorili qidaların həddindən artıq qəbulu, şəkərli içkilərin, qənnadı məmulatlarının, rafinə edilmiş karbohidratların və iri porsiyaların tez-tez istehlakı nəticəsində orqanizm, xüsusilə də mədəaltı vəzi uzun müddət əlavə yük altında qalır.
 
"Zaman keçdikcə toxumaların insulinə həssaslığı azalır və qanda qlükozanın səviyyəsi yüksəlməyə başlayır. Fiziki passivlik də burada mühüm rol oynayır. Əzələlər qlükozanı aktiv şəkildə istifadə etdiyindən müntəzəm hərəkət toxumaların insulinə həssaslığını artırır. Hipodinamiya zamanı isə qlükozanın mənimsənilməsinin bu fizioloji mexanizmi zəifləyir", - deyə Kalyujin qeyd edib.
 
Onun sözlərinə görə, xroniki yuxusuzluq, daimi stres, siqaret çəkmək, alkoqoldan həddindən artıq istifadə, həmçinin bədən çəkisinin, xüsusilə də bel çevrəsinin artmasına məhəl qoymamaq əlavə risk amilləri yaradır.
 
Mütəxəssis vurğulayıb ki, diabetə adətən tək bir vərdiş deyil, enerjinin normadan artıq qəbul olunduğu, əzələlərin az işlədiyi və orqanizmin tənzimləyici sistemlərinin uzun müddət həddindən artıq yükləndiyi həyat tərzi gətirib çıxarır. /Oxu.az/
Избранный
32
1
moderator.az

2Источники