RU

Rumıniya prezidenti: Ukraynaya zərbələr zamanı bizim vətəndaşlar zərər görməməlidir

Rumıniya prezidenti Nikuşor Dan Rusiya tərəfindən Ukraynaya edilən hücumlar zamanı Rumıniya vətəndaşlarının təhlükəsizliyinin təmin olunması ilə bağlı Moskvanı tənqid edib...

Poliqon xəbər verir ki, o, bu barədə "BBC Weekend" proqramına müsahibəsində danışıb.

Dövlət başçısı bildirib ki, son iki il ərzində ölkənin hava məkanında dronlarla bağlı təxminən 20–30 insident qeydə alınıb. Onun sözlərinə görə, əvvəlki hallarda dronlarda partlayıcı olmayıb, lakin son aylarda partlayıcı maddə daşıyan dronların da aşkarlanması ciddi narahatlıq yaradıb.

"Rusiya Ukraynanın Dunay çayının o tayındakı şəhərlərinə zərbələr endirərkən, onların Rumıniya vətəndaşlarına zərər verməyəcəyinə əmin olmalıdır", deyə Dan bildirib.

Prezident həmçinin dron insidentləri təkrarlanacağı halda Rusiyanın səfirinin ölkədən çıxarılmasının istisna olunmadığını deyib.

Nikuşor Dan sosial şəbəkə X hesabında 29 may gecəsi Qalats bölgəsində qəzaya uğrayan dronla bağlı texniki hesabatı da paylaşıb. Məlumata görə, sözügedən aparat Geran-2 tipli Rusiya istehsalı dron olub.

Rumıniya prezidenti vurğulayıb ki, ölkəsi vətəndaşlarının həyatını, milli təhlükəsizliyini və suverenliyini təhdid edən heç bir hadisəni görməzlikdən gəlməyəcək.

O, eyni zamanda bildirib ki, Rumıniya NATO üzvü olaraq müharibənin öz ərazisinə keçməsinə imkan verməyəcək və buna qarşı "proporsional cavab" veriləcək.

Qeyd olunur ki, dron insidentindən sonra prezident Milli Təhlükəsizlik Şurasının iclasını da çağırıb.

Poliqon.info

Избранный
39
poliqon.info

1Источники