RU

Kiselevin Paşinyana dediyi bu sözlər İrəvanı silkələdi: Ermənilər ayağa qalxdı…

Rusiyalı təbliğatçı Dmitri Kiselyov “Rossiya 1” kanalında yayımlanan “Vesti Nedeli” proqramında Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edib.

KONKRET.az-ın xəbərinə görə, Kiselyov iddia edib ki, Paşinyan getdikcə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə bənzəyir və onun siyasi kursunu təkrarlayır.

O bildirib ki, Paşinyan Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya xəttini seçib və Ermənistanın ənənəvi strateji tərəfdaşlıq siyasətini dəyişməyə çalışır.

Rusiyalı aparıcı həmçinin Ermənistanın ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığını tənqid edərək bunun ölkəyə ciddi fayda gətirməyəcəyini söyləyib. O, Rusiyanın bəzi erməni məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərini xatırladaraq, bunun hələ “xəbərdarlıq xarakterli addımlar” olduğunu vurğulayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
28
1
konkret.az

2Источники