RU

Zelenskinin fərmanı aranı qarışdırdı

“The Telegraph” qəzeti Ukrayna ilə Polşa arasında Prezident Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin hərbi hissəsinə Ukrayna Üsyançı Ordusunun (UPA) adının verilməsi barədə fərmanından sonra yaranan ciddi diplomatik münaqişə barədə məlumat yayıb.

Publika.az xəbər verir ki, nəşrin məlumatına görə, Kiyevin qərarı Polşa tərəfinin kəskin reaksiyasına səbəb olub. Ukrayna liderinin bu addımı Polşa prezidenti Karol Navrotski, Baş nazir Donald Tusk, keçmiş dövlət başçısı Lex Valensa və digər tanınmış siyasi xadimlər tərəfindən tənqid olunub.

Xatırladaq ki, ötən həftə Zelenski Kiyev vilayətində OUN liderinin qalıqlarının yenidən dəfn mərasimində iştirak edib. Çərşənbə günü o, Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin tərkibindəki "Şimal" adlı ayrıca xüsusi əməliyyat mərkəzi üçün "UPA Qəhrəmanları” fəxri adını təsdiqləyib.

Избранный
35
publika.az

1Источники