Dünya çempionatına hazırlaşan yığmalar bugünlərdə yoldaşlıq oyunları keçirir. “Football-plus.az” xəbər verir ki, Roderik Millerin də şərəfini qoruduğu Panama yığması ötən gecə Braziliya yığmasının qonağı olub. Rio de Janeyroda keçirilən, 72140 azarkeşin izlədiyi oyunda pentakampeonlar inamlı qələbə qazanıb – 6:2. “Turan Tovuz”un müdafiəçisi meydana 65-ci dəqiqədə - komandası artıq 1:5 geri düşəndən sonra çıxıb. O, 5-li müdafiə ilə oynayan panamalıların heyətində mərkəz müdafiəçisi mövqeyində yer alıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта