RU

Nigeriyanın Borno ştatında vəba epidemiyasından ölənlərin sayı 37-yə çatıb

Nigeriyanın
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında davam edən vəba epidemiyası nəticəsində həyatını itirənlərin sayı 37-yə yüksəlib. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, Ştatın Səhiyyə İdarəetmə Agentliyinin icraçı katibi Saleh Abba-Kaza bildirib ki, mayın 1-də və 4-də təsdiqlənən epidemiya yayılmaqda davam edir.
Onun sözlərinə görə, indiyədək 3 mindən çox insan xəstəliyə yoluxub. Rəsmi məlumatlara əsasən, son 24 saat ərzində 100-dən çox yeni yoluxma halı qeydə alınıb. Epidemiyanın əsas ocağı ştatın paytaxtı olan Maiduguri şəhəridir. Burada 2 mindən çox yoluxma faktı aşkarlanıb. Səlahiyyətli şəxs qeyd edib ki, xəstəlik artıq 36 məhəllə və 138-dən çox yaşayış məntəqəsinə yayılıb. Yoluxma hallarının sürətlə artması regionun səhiyyə sisteminə ciddi təzyiq göstərir. Mütəxəssislərin məlumatına görə, xəstəlik vaxtında müalicə olunmadıqda ölümcül nəticələrə səbəb ola bilər. Nigeriyada təmiz içməli su çatışmazlığı və tibbi xidmətlərin məhdud imkanları xəstəliklərin yayılma və ölüm riskini artıran əsas amillərdən hesab olunur.

ÜST-ün məlumatına görə, Nigeriya Afrika qitəsində vəba xəstəliyindən ən çox zərər çəkən ölkələrdən biridir.

Избранный
32
1news.az

1Источники