RU

Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/8 final oyununa çıxır

Bakı, 1 iyun, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi komanda 1/8 finalda Qazaxıstan seçməsi ilə qarşılaşacaq. "Tipos Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda Çexiya - Monteneqro duelinin güclüsü ilə üz-üzə gələcək.

Избранный
15
2
azertag.az

3Источники