RU

Makron Rusiyadan gələn tankerin saxlanıldığını bildirib

Xalqcebhesi saytına istinadən ain.az xəbər verir.

Fransa Hərbi Dəniz Qüvvələri Britaniya və digər tərəfdaşların dəstəyi ilə Atlantik okeanında Rusiyadan gələn və sanksiya altında olan tankeri saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib.

"Dünən səhər Fransa HDQ tərəfindən Atlantik okeanında, açıq dənizdə, beynəlxalq sanksiyalara məruz qalan və Rusiyadan gələn növbəti neft tankeri — 'Tagor' saxlanılıb. Bu əməliyyat Böyük Britaniya da daxil olmaqla bir sıra tərəfdaşların dəstəyi ilə, dəniz hüququna tam uyğun olaraq həyata keçirilib", — deyə Fransa lideri "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
icma.az

2Источники