Meksikanın “Tiqres” klubunun və Fransa millisinin sabiq hücumçusu Andre-Pyer Jinyak peşəkar futbolçu karyerasını başa vurub.
Msport.az xəbər verir ki, 40 yaşlı forvard idmanla vidalaşmaq qərarına gəlib.
O, karyerası ərzində Fransanın “Loryan”, “Tuluza”, “Marsel” və “Po” komandalarının şərəfini qoruyub. Təcrübəli oyunçu bu müddətdə 2 dəfə Fransa Liqa Kubokunun və 1 dəfə ölkə Superkubokunun qalibi olub.
Hücumçu 2015-ci ildən bəri çıxış etdiyi “Tiqres”in heyətində 5 dəfə Meksika çempionluğunu qazanıb, həmçinin KONKAKAF Çempionlar Kubokunun qalibi olub.
Qeyd edək ki, Andre-Pyer Jinyak klub karyerası ərzində meydana çıxdığı 825 matçda 359 qol vurub. O, Fransa yığmasında oynadığı 36 görüşdə 7 dəfə fərqlənib və 2016-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olub.