Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşüb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcüstanla Azərbaycan arasında müdafiə sahəsində strateji tərəfdaşlığın və əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb. Tərəflər regionda sülh və sabitliyin vacibliyinə xüsusi diqqət yönəldiblər.
Görüşdə Gürcüstan Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.