RU

Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən bəri $22 milyard artıb

Rusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bəri 21,8 milyard dollar artıb. Bu barədə Bloomberg Billionaires Index (BBI) reytinqində deyilir.

BBI indeksi milyarderlərin pay sahibi olduqları şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanır. Reytinq dünyanın ən varlı 500 nəfərini əhatə edir. Onların arasında Rusiya vətəndaşı olan 20 milyarder yer alır. İyunun 1-nə olan məlumata görə, onların ümumi sərvəti 320,8 milyard dollar olaraq qiymətləndirilir.

Bloomberg-in məlumatına görə, Rusiyanın ən varlı şəxsi “Severgroup” şirkətinin rəhbəri Aleksey Mordashov olub. Onun sərvəti ilin əvvəlindən 3,66 milyard dollar artaraq 29,9 milyard dollara çatıb.

İkinci yerdə “Norilsk Nikel”in əsas səhmdarlarından biri olan Vladimir Potanin qərarlaşıb. Onun sərvəti 1,94 milyard dollar artaraq 28,3 milyard dollara yüksəlib.

Üçüncü yeri “Novatek” şirkətinin rəhbəri Leonid Mixelson tutur. Onun sərvəti 4,15 milyard dollar artaraq 27,8 milyard dollara çatıb.

İlk beşlikdə həmçinin “EuroChem” şirkətinin təsisçisi Andrey Melniçenko (+5,63 milyard dollar, 24,6 milyard dollar) və NLMK-nın sahibi Vladimir Lisin (198 milyon dollar azalma, 23,5 milyard dollar) yer alıb.

Qlobal reytinqin ilk pilləsində İlon Mask qərarlaşıb. Onun sərvəti ilin əvvəlindən 116 milyard dollar artaraq 735 milyard dollara yüksəlib.

İlk beşlikdə həmçinin Larri Peyc (322 milyard dollar), Sergey Brin (299 milyard dollar), Ceff Bezos (289 milyard dollar) və Larri Ellison (281 milyard dollar) yer alıblar.

Избранный
24
banker.az

1Источники