ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Caleb Orr Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycana səfərə gəlib.
ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, dövlət katibinin köməkçisi iyunun 3-dək Azərbaycanda səfərdə olacaq.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində iyunun 2-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyaya uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.