RU

Urxan Ələkbərov: Azərbaycanda dövlət idarəçiliyində nisbətən az vəsaitlə böyük nailiyyətlər əldə olunub

Azərbaycan dövlət idarəçiliyində nisbətən az vəsaitlə daha böyük nailiyyətlər əldə etməyin mümkün olduğunu sübut edib.

"Far.Az" xəbər verir ki, bunu Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov Özbəkistan dövlət qulluqçularının Azərbaycanda dövlət siyasəti mövzusunda təlimlərinin açılışından öncə mediaya açıqlamasında deyib.

"Bu nəticənin əldə edilməsinin başlıca səbəbi isə dövlət idarəçiliyində istifadə olunan yeni texnologiyalardır", - U. Ələkbərov vurğulayıb.

O qeyd edib ki, sözügedən yeniliklərə bir çox ölkədən maraq var:

"Bu gün biz özbək qardaşlarımızla bu təcrübəni bölüşürük. Yaxın günlərdə Qazaxıstandan bir qrup nümayəndə gələcək. Həmçinin Çinlə də bu barədə müqavilə bağlanıb".

Избранный
31
far.az

1Источники