RU

Uşaqlarla yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparılıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 1 iyun, AZƏRTAC

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlarla maarifləndirici görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparılıb, müxtəlif yarış və interaktiv oyunlar təşkil olunub. Fəallığı ilə seçilən iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

Görüşün əsas məqsədi uşaqlarda yol hərəkəti qaydalarına dair biliklərin artırılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub.

Uşaqlar tədbirdə böyük maraq və həvəslə iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
azertag.az

2Источники