RU

Azərbaycan Afrika ölkələri ilə münasibətlərini uğurla inkişaf etdirir- ÖZƏL

Paytaxt Bakıda "Afrika Günü"nə həsr olunmuş tədbir keçirilib. Bu barədə "Olaylar"a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı məlumat verib: "Həmkarlarımla birlikdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə "Afrika Günü"nə həsr olunmuş "Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda keçirilən konfransda iştirak etdik.
Tədbirdə Azərbaycan-Afrika münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın perspektivləri, iqtisadi və humanitar sahələrdə yeni tərəfdaşlıq imkanları ətrafında geniş müzakirələr aparıldı.
Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Afrika ölkələri ilə qarşılıqlı hörmətə və etimada əsaslanan münasibətlərini uğurla inkişaf etdirir. Siyasi dialoqun və iqtisadi əlaqələrin genişlənməsi, humanitar əməkdaşlığın möhkəmlənməsi ölkəmizin beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyasının mühüm göstəricilərindəndir.
Bu cür tədbirlər xalqlar arasında dostluq əlaqələrinin gücləndirilməsinə, yeni əməkdaşlıq platformalarının formalaşmasına və qarşılıqlı tərəfdaşlığın inkişafına mühüm töhfə verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
42
olaylar.az

1Источники