RU

Berdiyevin israrla istədiyi futbolçu qərarını verib – Milli üzvü Avropaya gedir

“Tura Tovuz” millimizin futbolçusu ilə anlaşa bilmir.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Ayxan Hüseynovdan gedir. Baş məşqçi Kurban Berdiyevin israrla istədiyi futbolçu Tovuz təmsilçisində qalmağı düşünmür.

Hüseynovun Azərbaycanla yanaşı, ölkəxaricindən ciddi təklifləri var. Avropa klublarından kifayət qədər yüksək maaşlı təklif alan yarımmüfaiəçi ölkəmizdə oynamağı düşünmür.

O, özünü səviyyəcə daha yüksək çempionatda sınamaq niyyətindədir. Bu səbəbdən də millimizin üzvü “Turan Tovuz”un yeni müqavilə təklifini geri çevirəcək.

Son anda bir dəyişiklik olmasa, Ayxan Hüseynov növbəti mövsüm Tovuz klubunda qalmayacaq. Onun klubu ilə müqaviləsi yayda başa çatır.

Xatırladaq ki, 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm komandası ilə 38 oyunda çıxış edib və 7 qol, 6 assistlə yadda qalıb. 

Həsən Quluzadə

Избранный
43
idmanxeber.az

1Источники